İnsanlara hürriyət, millətlərə istiqlal!

Peterburqda üçtərəfli görüş olacaq? - Peskov açıqladı

MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü nəzərdə tutulmayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Kremlin sözçüsü jurnalistin müvafiq sualına belə cavab verib:

“Xeyr, üçtərəfli görüş olmayacaq, amma bu çərçivədə ikitərəfli görüşlər nəzərdə tutulub”.

Dekabrın 26-27-də Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR