Onlayn ictimai-siyasi qəzet
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü diqqətlə hazırlanmalıdır, çünki bu, əvvəlcə çətin texniki danışıqların aparılmasını tələb edir.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov vurğulayıb.
"Aydındır ki, bu görüş lazımi şəkildə hazırlanmalıdır. Əvvəlcə mürəkkəb texniki danışıqlar aparmaq lazımdır", – deyə Peskov jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.
"Məhz bu məqsədlə bazar ertəsi günü bizim danışıqlar aparan nümayəndələrimiz bu çətin prosesə başlamaq üçün Ər-Riyada yola düşəcəklər", - o deyib.
Musavat.com
25 Mart 2025
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ