İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskovdan maraqlı açıqlama: “Məqsədimizə çatmaq üçün...”  



Kremlin sözçüsü Peskov maraqlı açıqlamaları ilə diqqət çəkib.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, Peskov deyib ki, ABŞ Rusiyanın yeni ərazilərini tanımır:

“Bu, danışıqlar üçün qarşılıqlı zəmin axtarışını çətinləşdirir. Bununla belə, Putin məqsədlərimizə çatmaq üçün bütün tərəflərlə danışıqlara açıqdır. Diplomatik üsullar ən çox seçilən yoldur. Məqsədlərimizə çatırıq”.

Lakin Rusiyanın Ukraynanı tərk etməyə hazır olub-olmaması ilə bağlı suala Peskov “Ukraynada xüsusi hərbi əməliyyatlar davam edir” cavabını verib.

Bütün bunların fonunda ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsinə son qoyma yolunu tutacağı təqdirdə onunla danışmağa hazır olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR