İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: "Ukrayna kəşfiyyatını ABŞ və Britaniya kurasiya edir"

Rusiya xüsusi xidmət orqanlarında ABŞ və Britaniyanın Ukrayna kəşfiyyatının fəaliyyətinə nəzarət etdiyi barədə məlumatlar var.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Vaşinqton Post”un bir sıra rusiyalıların qətli ilə bağlı dərc etdiyi yazını şərh edərkən deyib.

"Unutmayaq ki, biz bu barədə çoxdan danışırıq: bizim xüsusi xidmət orqanlarımız dəfələrlə Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarının Ukrayna kəşfiyyatına yaxından nəzarət etməsi ilə bağlı əlimizdə olan məlumatlardan danışıb", - Peskov qeyd edib.

Dövlət başçısının mətbuat katibi vurğulayıb ki, ABŞ-dan başqa, Britaniya da Ukrayna kəşfiyyatına kömək edir və Rusiya xüsusi xidmət orqanları bundan çoxdan xəbərdardır.

Xatırladaq ki, ABŞ-ın “The Washington Post” qəzeti Ukrayna xüsusi xidmət orqanlarının onlarla rusiyalının, o cümlədən politoloq Darya Duqinanın və hərbi müxbir Vladlen Tatarskinin qətlində əli olduğunu iddia edən məqalə dərc edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR