İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov səfərbərliklə bağlı məlumatları şayiə adlandırıb

“Səfərbərlik haqqında məlumat yalnız Rusiyanın rəsmi orqanlarından gələ bilər”.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “press-call” zamanı deyib.

O, bu mövzuda teleqram kanallarında yayılan məlumatlara etibar etməməyə çağırıb.

D.Peskovun sözlərinə görə, ümumiyyətlə, teleqram kanallarına belə önəm verməyə ehtiyac duyulmur: “İlkin mənbə Rusiya Federasiyasının prezidentinin rəhbərlik etdiyi rəsmi hökumətdir. Teleqram kanallarını şişirtməyə ehtiyac yoxdur”.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib, oktyabrın 31-də isə onun başa çatdığını açıqlayıb. Kreml artıq ikinci səfərbərlik dalğasının planlaşdırılmadığını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR