İnsanlara hürriyət, millətlərə istiqlal!

Peruda etiraz aksiyalarının bir ayı ərzində 48 nəfər həlak olub

Peruda vəzifədən kənarlaşdırılan və həbs edilən sabiq prezident Pedro Kastilyonun tərəfdarlarının dekabr ayının ortalarından başlayan etiraz aksiyalarının gedişində azı 48 nəfər həlak olub.

AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, yanvarın 11-də turistlərin “Maçu Pikçu” xarabalıqlarını görmək üçün getdiyi Kusko şəhərində yeni toqquşmalar baş verib. Etirazçıların hava limanını ələ keçirmək cəhdi zamanı bir nəfər ölüb, 37 mülki şəxs və altı polis əməkdaşı isə xəsarət alıb.

Ölkədə ən qanlı toqquşmalar isə yanvarın 9-da baş verib - Titikaka gölünün sahilində yerləşən Juliaka şəhərində iğtişaşlar nəticəsində 17 nəfər həyatını itirib, bir polis əməkdaşı isə diri-diri yandırılıb.

Hazırda Perunun 41 əyalətində etiraz aksiyaları davam edir. Pedro Kastilyonun əsasən kəndlilərdən ibarət tərəfdarları əvvəllər vitse-prezident postunu tutan, sabiq prezidentin vəzifədən kənarlaşdırılmasından sonra ölkəyə rəhbərlik edən Dina Boluartenin istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edirlər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR