Onlayn ictimai-siyasi qəzet
Pentaqon İlon Maskın səfərindən sonra informasiya sızıntısına görə məsuliyyət daşıyanları müəyyən etmək üçün poliqrafiya testi də daxil olmaqla araşdırmaya başlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Bloomberg agentliyi yayıb.
Mask hərbi idarə ilə qarşılıqlı əlaqəsi haqqında "pis niyyətlə yalan məlumat" yaydıqlarına görə Müdafiə Nazirliyi rəsmilərinin məsuliyyətə cəlb olunmasını tələb edir. Maskın Pentaqona son səfəri ilə bağlı iddialara cavab olaraq, müdafiə naziri Pete Hegsetin baş qərargah rəisi Co Kasper məxfi məlumatların "icazəsiz açıqlanması" ilə bağlı araşdırma aparmağa çağırıb. O, qeyd edib ki, təqsirli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb edilmək üçün müvafiq hüquq-mühafizə orqanlarına təhvil verilməlidir.
Bildirilir ki, DOGE rəhbəri Mask xərclərin azaldılması və innovasiyaları müzakirə etmək üçün martın 21-də Pentaqona gedib. Səfərdən əvvəl "The New York Times" Maksa Pentaqonun Çinlə potensial münaqişə planlaşdırması ilə bağlı məxfi brifinqə çıxış əldə etməsi barədə məlumat yayıb. Prezident Donald Tramp və müdafiə naziri Hegseth bildiriblər ki, Maska bu qədər yüksək səviyyəli giriş imkanı vermək heç vaxt planlaşdırılmayıb.
Musavat.com
24 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ