İnsanlara hürriyət, millətlərə istiqlal!

Şir direktoru parçaladı - DƏHŞƏTLİ VİDEOLAR

Musavat.com xəbər verir ki, Kırımın məşhur “Tayqan” adlı safari parkında dəhşətli hadisə baş verib. Parkın sahibi və rəhbəri Oleg Zubkov şirlərin qəfil hücumuna məruz qalıb. Hadisə şirlərin yemləndiyi vaxt qeydə alınıb. Zubkov şir qəfəsinə daxil olduqdan dərhal sonra yıxılıb və şirlərdən biri onun boğazını dişləyib.

Hadisə şahidlərinin dediyinə görə, Zubkov özünü birtəhər qəfəsdən çıxara bilib, lakin daha sonra huşunu itirib. Parkın əməkdaşlarından biri onu dərhal avtomobillə yaxınlıqdakı xəstəxanaya çatdırıb.

Kırımın İstintaq Komitəsi məlumat verib ki, Zubkovun bədənində çoxsaylı yaralar aşkarlanıb və o, hazırda ağır vəziyyətdə reanimasiyadadır. Onun vəziyyəti ağır olduğuna görə Simferopola deyil, yaxınlıqdakı Belogorsk rayon xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, bu, “Tayqan” parkında ilk belə faciə deyil. 2024-cü ilin oktyabrında parkın administratoru Leokadiya Perevalova da şirlərin hücumuna məruz qalaraq həyatını itirmişdi. Həmin vaxt Oleg Zubkov heyvanlara toxunulmayacağını, onlara qarşı heç bir cəza tədbiri görülməyəcəyini bəyan etmişdi.

Bu hadisə bir daha göstərir ki, vəhşi heyvanlarla işləyən mütəxəssislər üçün təhlükəsizlik tədbirləri hər zaman prioritet olmalıdır.

Musavat.com hadisəyə dair kiçik video görüntü də təqdim edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR