İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Ağlama Divarına kağız dua yerləşdirdi - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ-ın İranın hərbi obyektlərinə endirdiyi hava zərbələrindən dərhal sonra İsrailin baş naziri Benyamin Netanyahu Qüdsdə yerləşən məşhur Ağlama Divarını ziyarət edib.

Netanyahu burada xüsusi dua edib və divarın daşları arasına kağız parçası yerləşdirib. Onun bu addımı yerli media tərəfindən simvolik dini və siyasi mesaj kimi dəyərləndirilib. Baş nazirin həmin anlarının yer aldığı video görüntü də yayılıb.

Bu ziyarətin ABŞ-İran qarşıdurmasının qızışdığı və İsrailin də hərbi cəbhədə birbaşa mövqe tutduğu bir vaxtda baş verməsi təsadüfi sayılmır.

Yayılan məlumatlarda bildirilir ki, Netanyahu ABŞ Prezidenti Donald Tramp üçün də dua edib.

Ağlama Divarı nədir?

Qüdsün Müqəddəs Şəhər divarlarında yerləşən Ağlama Divarı (HaKotel HaMa’aravi) yəhudilər üçün dünyanın ən müqəddəs məkanı sayılır. Bu divar eramızdan əvvəl 70-ci ildə Roma imperatoru Titusun dağıtdığı İkinci Müqəddəs Məbədin sağ qalan son hissəsidir. Yəhudi inancına görə bu yer Tanrıya ən yaxın nöqtə sayılır və burada edilən duaların qəbul olunacağına inanılır.

İllərdir yəhudi dindarları və liderləri bu divara gələrək şəxsi, dini və milli arzularını kağızlara yazaraq daşlar arasına yerləşdirirlər. Dua mövzuları müxtəlif olsa da, adətən sülh, dövlətin qorunması, düşmənə qarşı qalibiyyət və dünya yəhudilərinin rifahı üçün edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyun 2025

22 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR