İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon Ukrayna üçün 5,2 milyardlıq yardım ehtiyatına malikdir

Pentaqonun Ukraynaya hərbi yardım göstərmək üçün 5,2 milyard dollar vəsaiti var. “The Wall Street Journal”ın Amerika Müdafiə Nazirliyinin adı açıqlanmayan nümayəndələrinə istinadən verdiyi məlumata görə, indiki xərclər səviyyəsində bu, təxminən altı aya kifayət edəcək.

Nəşr qeyd edir ki, bunlar bir il əvvəl Ukraynaya dəstək üçün ayrılmış vəsaitin qalıqlarıdır. Beləliklə, yaxın gələcəkdə Kiyev ABŞ-da büdcə qanunu ilə bağlı mübahisələrə görə hərbi təchizatın dayandırılması təhlükəsi ilə üzləşməyəcək. Lakin mövcud vəziyyət planlaşdırmaya təsir edə bilər. Nəşr qeyd edir ki, bu vəsait növbəti büdcə qəbul olunana qədər Ukrayna qüvvələrinin əməliyyatlarını maliyyələşdirmək üçün kifayət etməyəcək.

Xatırladaq ki, dünən prezident Co Bayden Konqresdəki resbublikaçıların Ukraynaya yardım ayrılması məsələsini büdcə sənədindən ayrılıqda müzakirə etməyə söz verdiklərini və bu yardımın dayanmayacağını bəyan edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR