İnsanlara hürriyət, millətlərə istiqlal!

Oman hərəkətə keçdi – Tehran və Vaşinqton arasında razılaşma üçün yeni təklif

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Oman Krallığı ABŞ və İran arasında mümkün razılaşmaya mane olan “əngəllərin aradan qaldırılması üçün mexanizmlər” irəli sürüb.

Musavat.com xəbər verir ki, bu təkliflər Oman Xarici İşlər Naziri tərəfindən təqdim olunub və Tehran tərəfindən nəzərdən keçirilir.

Araqçinin sözlərinə görə, Oman tərəfinin təqdim etdiyi təşəbbüslər danışıqlar prosesinə müsbət təsir göstərə bilər, lakin İran bu məsələdə öz prinsipial mövqeyini qoruyub saxlayacaq.

O, qeyd edib ki, təqdim olunan mexanizmlər razılaşma yolunda irəliləyiş üçün baza ola bilər, lakin bu, yalnız qarşı tərəfin də öhdəliklərə sadiq qalacağı təqdirdə mümkündür.

Oman uzun illərdir Tehran və Qərb arasında vasitəçi rolunu oynayır və bu dəfə də regional sabitliyin təmin olunması üçün təşəbbüslər irəli sürməkdə davam edir.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 May 2025

23 May 2025

BÜTÜN XƏBƏRLƏR