İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: "Rusiyanın nüvə silahından istifadəyə hazır olduğuna dair məlumat yoxdur"

ABŞ administrasiyasında Rusiyanın nüvə silahından istifadə etmək niyyətini göstərən hər hansı kəşfiyyat məlumatı yoxdur. Buna görə də nüvə qüvvələrinin yerləşdirilməsinə düzəliş etmək üçün heç bir səbəb görmür.

AZƏRTAC xəbər verir ki, bunu Pentaqonun mətbuat xidməti Moskvanın Minskin tələbi ilə öz taktiki nüvə silahlarını Belarusda yerləşdirmək qərarını şərh edərkən bildirib.

“Biz Rusiyanın bu açıqlaması ilə bağlı xəbərləri görmüşük və vəziyyəti izləməyə davam edəcəyik. Bizim öz nüvə qüvvələrimizin yerləşdirilməsini tənzimləmək üçün səbəb yoxdur və Rusiyanın nüvə silahından istifadə etməyə hazır olduğuna dair heç bir əlamət görmürük. Biz NATO alyansı altında kollektiv müdafiəyə sadiq qalırıq”, - deyə vurğulanıb.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün “Rossiya-24” telekanalına müsahibəsində Belarus Prezidenti Aleksandr Lukaşenkonun Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş etdiyini bildirib. Rusiya lideri iyulun 1-də Belarusda taktiki nüvə silahı üçün anbarın tikintisinin başa çatacağını, nüvə başlığı daşıyan “İsgəndər” raket sistemlərinin isə artıq Belarusa verildiyini diqqətə çatdırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR