Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Rusiya limanlarında – xüsusən də Novorossiysk, Ust-Luqa və Primorskda – 300-dən çox neft tankeri müxtəlif xidmətlərlə təmin olunub.
Musavat.com xəbər verir ki, bu barədə “Vajnıye istorii” saytı məlumat yayıb.
Onlardan azı 170-i Qərb sanksiyalarından yan keçərək Rusiya neftini daşıyan tərkibə – yəni “kölgə donanması”na – aiddir. Bu gəmilərə göstərilən xidmətlərin arxasında isə milyarder, Vladimir Putinin yaxın dostu sayılan Gennadi Timçenkonun keçmiş menecerləri dayanır.
İki şirkət – hər ikisi “Altoprae Marin” adını daşıyır – bu tankerlərə sənədləşmə, təminat və digər liman xidmətləri göstərib. Şirkətlərdən birinə Mixail Kasatkin, digərinə isə Aleksandr Qordeyev rəhbərlik edir. Hər iki şəxs əvvəllər Timçenkonun strukturlarında işləyib və ona yaxın fiqurlar hesab olunur.
“Altoprae Marin”in müştəriləri arasında ABŞ sanksiyalarına məruz qalan “Demex Trading” də var. Bu şirkət Rusiya neftini Qərbin müəyyən etdiyi qiymət limitləri və nəzarət mexanizmləri olmadan satmaqda ittiham olunur. Honkonqda qeydiyyatdan keçmiş “Blackford Corporation” da bu siyahıya daxildir.
“Altoprae Marin” bu treyderin idarəsində olan “Eurochampion” adlı tankeri də dəstəkləyib.
Qeyd edək ki, həmin tanker “kölgə donanması” ilə bağlı əvvəlki jurnalist araşdırmalarında da hallanıb.
Bu faktlar göstərir ki, Qərb sanksiyalarına baxmayaraq, Rusiya neftinin qlobal bazarlara çıxışı davam edir və bu sxemlərdə Kremlə yaxın oliqarxların köhnə komandası fəal rol oynayır.
Musavat.com
05 Avqust 2025
04 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ