Onlayn ictimai-siyasi qəzet
“Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 66.1%-i qeyri-büdcə sektorunun, 33.9%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına təmin ediləcək”.
Musavat.com Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında bildirib.
“Hazırda (01.10.2024-cü il tarixə) ölkə üzrə pensiyaçıların ümumi sayı təqribən 1 milyon 98 min nəfər təşkil edir. Onlardan 707 min nəfəri yaşa görə, 258 min nəfəri əlilliyə görə, 135 min nəfəri isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
2019-cu ildən başlayaraq əmək pensiyalarının minimum məbləği ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumunu üstələyib, bu meyil gələn ildə də davam edəcək.
2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsait 1 milyard 600 milyon manat proqnozlaşdırılır ki, bu da 2024-cü il üzrə təsdiqlənmiş transfer məbləğindən 368 milyon manat və ya 29.9% çoxdur.
Transferin həcmindəki görünən artım 2024-cü ildə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərindən 387 milyon manatın dövlət büdcəsinə yünəldilməsi ilə bağlıdır”, - deyə komitə sədri bildirib.
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ