Onlayn ictimai-siyasi qəzet
Gələn il Azərbaycanda orta aylıq pensiya artırılır. Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.
Qeyd edilib ki, Cari ilin birinci yarısında orta aylıq pensiya məbləğinin 16,9% artıma sahib olması, habelə ilin sonuna ölkə üzrə orta aylıq əmək haqqının artım tempinin 10,7% hədində proqnozlaşdırılması növbəti ilin əvvəlində orta aylıq pensiya məbləğinin 435 manat hədd ətrafında olacağını göstərir.
Bəs bu artım davamlı olacaqmı və nə zaman qüvvəyə minəcək?
Məsələ ilə bağlı danışan deputat Razi Nurullayev Referans.az-a bildirib ki, dövlət büdcəsinə ayrılan vəsaitdə hər zaman sosial məsələlər əsas diqqət yetirilən mövzu olub:
“Dövlət büdcəsinə ayrılan vəsaitdə sosial yönümlü məsələlər, vətəndaşların sosial həyatının yaxşılaşdırılması əsas müzakirə obyektlərindən biridir. Köklü olaraq bu vəsait elə sahələrə ayırılmalıdır ki, o insanların sosial durumuna müsbət mənada təsir etsin. Ümumiyyətlə rəqabətin artırılması üçün kreditlərə əlçatanlığın artırılması lazımdır. Məşğulluqla bağlı düzgün siyasətin aparılması və müəyyən bir layihələr həyata keçirilməlidir ki, həmin layihələr nəticəsində də iş yerləri açılsın və yaxud vətəndaş özü iş yeri açıb özü-özünü dolandırsın”.
Deputat qeyd edib ki, büdcə məsələsində növbəti illərdə təhsil və səhiyyə sahələrinə də diqqət ayırılacağını qeyd edib. Onun sözlərinə görə, pensiya alan yaşlı insanlar onlar üçün ən həssas təbəqədir: “Onların aylıq öz dolanışıqlarını idarə edə biləcəyi qədər pensiya alması bizim üçün ən əsas məsələlərdən biridir. Hazırda gedən ciddi sosial yönümlü inkişaf nəticəsində onların pensiyası ildən ilə artmağda davam edir. Gələn ilin əvvəlindən pensiyaçıların pensiyası həm minimum, həm də orta aylıq pensiya qaldırılacaq və bu davamlı olaraq ilin müəyyən dövrlərində davam edəcək”.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirir ki, pensiyaların artırılması hər zaman olduğu kimi indi də prioritet sahələrdən biridir:
“Ümumiyyətlə büdcəmiz sosial yönümlü büdcədir. Sosial xərclər üçün həmişə büdcənin 40 faizi ayrılıb. Eyni zamanda əsas məsələlərimizdən biri Qarabağda və Şərqi Zəngəzurda Böyük Qayıdış proqramı çərçivəsində görülən işlərdir və müdafiə qüdrətimizin artırılmasıdır. Bu üç istiqamət prioritet istiqamətlərdir. Digərləri isə əlbəttəki əsaslı vəsait qoyuluşları və digər cari xərclərin həyata keçirilməsidir”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ