Onlayn ictimai-siyasi qəzet
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yenidən partiya başqanlığına qayıdacağı yönündə xəbərlər yayılıb. Partiyanın martın 30-da keçirilən Məclis iclasında gələn ayın 4-ə qurultay təyin olunub.
Belə iddialar səslənir ki, həmin iclasda İsa Qəmbərin namizədliyi Məclis sədri Nüşabə Sadıqlı tərəfindən irəli sürülüb. Sabiq başqanın bu təklifi geriyə çevirmədiyi və yaxın günlərdə qərarını açıqlayacağı deyilir.
Artıq sosial şəbəkələrdə müsavatçılar bu yöndə statuslar yazaraq, İ.Qəmbərə öz dəstəklərini tam şəkildə ifadə edirlər.
İsa Qəmbərin silahdaşlarından sayılan, sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn gedən bu söz-söhbətlərə Musavat.com-da münasibət bildirib:
“Müsavat başqanının seçilməsi qeyd-şərtsiz Müsavat Partiyasının və onun qurultay nümayəndələrinin müstəsna səlahiyyətidir. Kim seçiləcəksə, biz onu həmin partiyanın başqanı kimi qəbul edib münasibətlərimizi quracağıq. Amma konkret olaraq, subyektiv rəyim ondan ibarətdir ki, İsa Qəmbərin Müsavat başqanlığına qayıtması həm Müsavat ideyasının, həm Müsavat Partiyasının, həm də Azərbaycan demokratik müxalifətinin güclənməsinin faydasına olan bir hadisə olardı. Mən bu qənaətdəyəm”.
Cavanşir ABBASLI
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ