Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu, Livanla müharibənin dayandırıldığını elan edib.
Musavat.com xəbər verir ki O, Hizbullahın əvvəlki gücünü itirdiyini və onilliklərlə geriyə atıldığını vurğulayıb. Netanyahu, Suriya prezidenti Bəşər Əsədə də xəbərdarlıq edərək, odla oynadığını bildirib.
Baş nazir qeyd edib ki, Nazirlər Kabinetinə atəşkəs sazişi təqdim ediləcək və İsrail tam hərbi fəaliyyət azadlığını qoruyacaq. Əgər Hizbullah yenidən silahlanmağa cəhd edərsə, İsrail onlara qarşı hücum edəcək.
Bu açıqlamalar, İsrail və Livan arasında gərginliyin azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir. Atəşkəs sazişinin detalları və tərəflərin gələcəkdə atacağı addımlar diqqətlə izlənilir.
Musavat.com
23 Aprel 2025
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ