Onlayn ictimai-siyasi qəzet
Noyabrın 27-də Avropa İttifaqı səfirləri Rusiyaya qarşı 15-ci sanksiyalar paketi ilə bağlı müzakirələrə başlayacaq.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, paket Qərbin “qiymət tavanlarından” asılı olmayaraq, Rusiya neftini daşıyan 29 şirkət, 54 fiziki şəxs və 48 tankerə məhdudiyyətlərin tətbiqini nəzərdə tutur.
Agentliyin mənbələrinə görə, məhdudiyyətlər həmçinin Rusiya və Çin dron istehsalçılarına təsir edəcək. Bu paketin ilin sonuna kimi qəbul ediləcəyi gözlənilir.
Yanvard isə Aİ Rusiyaya qarşı ABŞ sanksiyalarının sonuncu blokuna bənzər yeni maliyyə məhdudiyyətlərini özündə əks etdirən 16-cı sanksiyalar paketi üzrə müzakirələrə başlamaq niyyətindədir.
Agentlik qeyd edir ki, 16-cı paketin hazırlanması Aİ Şurasına sədrliyin Macarıstandan Polşaya keçəcəyi 1 yanvardan sonra başlamalıdır. Bu paketə həmçinin Rusiya maye qazına qarşı məhdudiyyətlər və üçüncü ölkələr üçün bir sıra Avropa istehsalı olan malların Rusiyaya təkrar ixracına qadağaların tətbiqi də daxil edilməlidir.
Reuters bu paketin nə vaxt qüvvəyə minəcəyi ilə bağlı proqnozlar vermir, lakin Brüssel adətən Ukraynadakı işğalçı müharibənin başlandığı - fevralın 24-dək sanksiyalar tətbiq etməyə çalışır.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ