Onlayn ictimai-siyasi qəzet
Türkiyədə qanunsuz mərc oyunlarını təşviq etməkdə ittiham olunan məşhur müğənni Serdar Ortaçın ev dustaqlığı ləğv edilib.
Musavat.com xəbər verir ki, müğənninin vəkili məhkəməyə müraciət edərək ev dustaqlığının götürülməsini tələb edib, vəsatət təmin olunub.
Məlumata görə, Serdar Ortaçın məhkəmə prosesi dekabrın 24-də İstanbul 25-ci Cəza Məhkəməsində başlayacaq.
Qeyd edək ki, sənətçi daha əvvəl qanunsuz mərc oyunlarına bağlı istintaq çərçivəsində saxlanılmış və ev dustaqlığı qərarı verilmişdi. Bu səbəbdən onun bir çox konsertləri ləğv edilmiş və maddi zərərlə üzləşmişdi.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ