İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın 26 küçəsində “yaşıl dalğa” tətbiq olundu

Yeni tədris ilinin başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən təhsil ocaqlarının yaxınlığında sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.

NİİM-dən Musavat.com-a verilən xəbərə görə, bu məqsədlə səhər saatlarından başlayaraq paytaxtın 10 prospektində və 16 küçəsində svetoforlara “yaşıl dalğa” tətbiq edilir.

Həmin küçə və prospektləri təqdim edirik:

1. Mətbuat prospekti;
2. Xətai prospekti
3.Tbilisi prospekti;
4. İnşaatçılar prospekti;
5. Neftçilər prospekti;
6. Azadlıq prospekti;
7. Zərifə Əliyeva prospekti;
8. Bülbül prospekti;
9. Atatürk prospekti;
10. 8 Noyabr prospekti;
11. Səməd Vurğun küçəsi;
12. Abbasqulu ağa Bakıxanov küçəsi;
13. Süleyman Rəhimov küçəsi;
14. İzəddin Həsənoğlu küçəsi;
15. Mikayıl Müşfiq küçəsi;
16. Məhəmməd Füzuli küçəsi;
17. Rəşid Behbudov küçəsi;
18. Koroğlu Rəhimov küçəsi;
19. 28 May küçəsi;
20. Üzeyir Hacıbəyov küçəsi;
21. Yusif Səfərov küçəsi;
22. Ak.Həsən Əliyev küçəsi;
23. Dilarə Əliyeva küçəsi;
24. Mikayıl Useynov küçəsi/ sarı döyünən işıq;
25. Molla Pənah Vaqif küçəsi;
26. Əbdüləzəl Dəmirçizadə küçəsi;
27. 20 Yanvar dairəsi;

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR