İnsanlara hürriyət, millətlərə istiqlal!

Patruşev xəbərdarlıq edib - "NATO qoşunlarının təlimləri..."

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, Şimali Atlantika Alyansı (NATO) Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirib və Rusiya sərhədləri yaxınlığında hərbi infrastrukturu modernləşdirib.

Musavat.com-un xarici mediaya istinadla verdoyo xəbərə görə, bundan əlavə, o qeyd edib ki, Rusiya Federasiyasının sərhədləri yaxınlığında NATO bölmələrinin təlimi gücləndirilib.

“Alyans Şərqi Avropada əlavə hərbi kontingentlər yerləşdirib. Bölgədə 60 minə yaxın amerikalı hərbçi var”, - “İzvestiya” qəzeti onun sözlərindən sitat gətirir.

Patruşev qeyd edib ki, Qərb dövlətləri Rusiya Federasiyasına davamlı olaraq siyasi, hərbi və iqtisadi təzyiqləri gücləndirirlər.

O, həmçinin xatırladıb ki, Şimali Atlantika Alyansı Ukraynanı texnika və silahlarla təmin edir, həmçinin Ukrayna Silahlı Qüvvələri üçün əsgər hazırlayan onlarla mərkəz açıb.

Daha əvvəl Patruşev bildirmişdi ki, Qərb ölkələri Moskva ilə tərəfdaşlığın inkişafı ilə bağlı sazişləri həyata keçirmək fikrində deyillər. Onun sözlərinə görə, onlar Rusiyanın dağılmasını arzulayır.

Bundan əlavə, Patruşev vurğulayıb ki, Ukraynadakı münaqişə ABŞ-ın Rusiya Federasiyasına qarşı hibrid müharibəsinə uzun illər hazırlığının nəticəsidir. İndi Qərb “Rusiyaya qarşı kampaniya” aparır və bunun üçün Kiyev rejimindən istifadə edir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR