İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın Putinə, Makrona zəngi bundan xəbər verir - General şok detalları AÇIQLADI

"Ermənistan Azərbaycana qarşı növbəti planlı təxribatı həyata keçirdi. Dəmir yumruğu yenidən başında hiss etdi. Bu yolla Ermənistan vaxt qazanmaq məqsədi güdür. 10 noyabr bəyanatından 22 ay keçməsinə baxmayaraq, verdiyi sözləri yerinə yetirməmək üçün yeni bir durum yaratmağa çalışır".

Bunu Musavat.com-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

pp-2.jpg (43 KB)

"Ermənistanın digər məqsədləri Azərbaycanı təcrid etmək, onu beynəlxalq hüquqda müharibə cinayəti törədirmiş kimi təqdim etmək, dünyanın diqqətini bu bölgəyə çəkərək burada qan, şiddət, göz yaşı var təəssüratı yaratmaq, Azərbaycanın azad olunan ərazilərlə bağlı həyata keçirdiyi sosial inkişafa və Böyük Qayıdışa mane olmaqdır. Siyasi baxımdan çökmüş Ermənistan dövlətinin daxili böhranlarından nəzəri yayındırmaq və Xankəndidə yaşayan ermənilərin biz Azərbaycan vətəndaşı olmaq və Azərbaycan bayrağı altında yaşamaq istəyirik düşüncələrini dağıtmaq. Lakin Ermənistan məqsədinə çata bilmədi. Ağır itkilər verdi, silah-sursat və təchizat itkisi, canlı qüvvə itkisi rəsmi məlumatlardan da çoxdur. Nikol Paşinyanın Putinə, Makrona zəngi, Avropa Birliyi və ABŞ-a Azərbaycandan şikayət etməsi bunun planlı bir fəaliyyət olduğunu göstərir. Hər zaman olduğu kimi, oyun quran Ermənistan özü tələyə düşdü. Azərbaycan beynəlxalq hüquqdan çıxış edərək bir əməliyyat həyata keçirdi. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlama keçmişdə, bu gün bir yerdə olan və gələcəkdə də bir yerdə olacaq Türkiyə-Azərbaycan qardaşlığının göstəricisidir. Şuşa Bəyannaməsinə görə, Kəlbəcərə, Laçına edilən hücumlar Türkiyəyə qarşı həyata keçirilmiş hücumlar sayılır. Azərbaycan Ermənistanın bu təhdidlərinə öz silahlı qüvvələri hesabına cavab vermək güc və qüdrətindədir. Azərbaycanın müzəffər ordusu var. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!", - general bildirib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR