İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın polislərə verdiyi mükafatı açıqlayan deputatın qabırğasını sındırıbmışlar

İrəvanda nümayişçilərlə polis arasında baş vermiş toqquşmadan sonra “Ermənistan” müxalifət fraksiyasından olan deputat Artur Kazinyanın qabırğası sınıb.

Onun xəstəxanaya yerləşdirildiyi bildirilib.

Hadisə ötən gün İrəvanda bir sıra nazirliklərin də yerləşdiyi hökumət binalarından birinin yaxınlığında baş verib.

Ermənistan müxalifət nümayəndələri ilə polis arasında toqquşma nəticəsində 111 nəfər polis bölmələrinə aparılıb.

Çərşənbə axşamı səhər saatlarından müxalifət yenidən İrəvan küçələrində yürüşlər keçirir.

Ermənistanın Ombudsman ofisi İrəvanda müxalifət nümayişçilərinin saxlanması zamanı polisin qeyri-mütənasib güc tətbiqi hallarını açıqlayıb. Ermənistan Ombudsman Aparatı həmçinin polisin Ermənistan parlamentinin deputatlarına qarşı fiziki güc, o cümlədən boğucu üsullardan istifadə etməsi halları barədə məlumat verib.

Qeyd edək ki, Artur Kazinyan Nikol Paşinyanın may ayı ərzində polislərə mükafat qismində 6,5 milyon ABŞ dolları payladığını sosial şəbəkədə yayıb.

Mənbə: İnterfaks

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR