İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyası Türkiyə ilə münasibətləri normallaşdırmaq tərəfdarıdır

Ermənistan Türkiyə və Azərbaycanla danışıqlardan imtina etmək niyyətində deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, hakim “Vətəndaş sazişi” partiyasının üvü olan deputat Sərkis Xandanyan Milli Assambleyada keçirilən mətbuat konfransında bildirib.

Jurnalistlər, xüsusən də hakim partiyanın Türkiyənin əks addım atması təqdirində rəsmi Ankara ilə danışıqlar prosesinin dayandırılması imkanını müzakirə edib-etmədiyini soruşublar. Deputat cavab olaraq ötən il keçirilən parlament seçkilərində hakim partiyanın Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasını özünün əsas prioriteti elan etdiyini xatırladıb.

“Sülh gündəmi Ermənistanın qonşuları ilə münasibətlərini normallaşdırmasını təklif edir. Ona görə də bu məqsədə çatmaq üçün səylərimizi xeyli genişləndirəcəyik. Münasibətlərin normallaşması prosesini müəyyən məqamda dayandırmaq, xüsusən də strategiyamız və gələcəyə baxışımız baxımından əks nəticə verir”, - deyə Xandanyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR