Onlayn ictimai-siyasi qəzet
Bəzi müxalifət deputatlarının açıqlamaları sərhəddə yeni eskalasiya riskləri yaradır.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə mayın 23-də Ermənistan parlamentində keçirilən ənənəvi brifinqdə hakim “Vətəndaş sazişi” partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan bildirib.
Onun sözlərinə görə, söhbət Seyran Ohanyan, Qarnik Danielyan və Hayk Mamicanyandan gedir. Onlar delimitasiya və demarkasiya prosesini yanlış və vaxtından əvvəl hesab edərək onu aktiv şəkildə tənqid edirlər.
“Bu, Ermənistan üçün ciddi eskalasiya riskləri yaradır. Nə baş verə bilər? Bunu özünüz də bilirsiniz”, - deyə Ovannisyan qeyd edib.
Musavat.com
07 Yanvar 2025
06 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ