İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın ofisi təkzib edib: "İstefa haqda şayiə yayanlar qulaqlarının dibini görərlər"

Ermənistan hökumət aparatı Baş nazir Nikol Paşimyanın istefasına dair yayılan məlumatlara aydınlıq gətirib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, Ermənistan hökumət aparatı rəhbərinin müavini Taron Çaxoyan Paşinyanın istefa xəbərlərini təkzib edib.

O qeyd edib ki, Baş nazirin istefasına dair şayiəni yayanlar qulaqlarının dibini görərlər.

Taron Çaxoyan diqqətə çatdırıb ki, Ermənistan vətəndaşları öz seçimlərini bir il əvvəl ediblər. O bildirib ki, ki, hər il Baş nazirin istefasını istəyərək, növbədənkənar seçkilər keçirilməsini tələb etmək absurddur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR