Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri, “Aliq Media”nın yaradıcısı Arsen Xaratyan Gürcüstana buraxılmayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın “Xalq Naminə” partiyasının lideri Anna Dolidze yayıb.
Qeyd olunub ki, Xaratyan Lüksemburqdan Tiflisə uçub və səhər saat 4 radələrində hava limanında olub.
Daha sonra Xaratyanın özü "Facebook"da bildirib ki, Gürcüstana giriş qadağası siyasi xarakter daşıyır.
Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə bağlı hələlik şərh verməyib.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ