İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın əleyhdarları Robert Köçəryanla görüşür - foto

Sentyabrın 18-də Ermənistan parlamentinin binası yaxınlığında keçirilən mitinqin iştirakçılarının müraciəti əsasında bu gün İrəvandakı “Moskva” kinoteatrının qırmızı zalında Ermənistan Respublikasının ikinci prezidenti Robert Köçəryanla görüş keçirilir. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan bir müddət əvvəl bildirmişdi ki, vətəndaşlarla görüş qapalı, dərc olunmamış formatda keçiriləcək. Odur ki, KİV-in qeydiyyatı və iştirakı təmin edilmir. O, həmçinin bildirib ki, Köçəryanın yaxın vaxtlarda mətbuat konfransında çıxış edəcəyi, yeri və vaxtı daha sonra açıqlanacaq.

307851183_397935849184296_862428151603841798_n.jpg (23 KB)

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR