İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: KTMT ilə bağlı mövqeyimizi dəyişməmişik

KTMT-nin Ermənistanın dövlət sərhədlərinin göstərilməsi məsələsi ilə bağlı problemi var.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Mariya Karapetyan mətbuat konfransında deyib.

Üstəlik, onun sözlərinə görə, KTMT-nin oriyentasiya baxımından da problemi var.

“Buna qədər (Ermənistanın dövlət sərhədləri göstərilməklə - red.) Ermənistandan hər hansı addım gözləmək yersizdir. Vəziyyət Ermənistanın baş naziri Nikol Paşinyanın qeyd etdiyi səviyyədə qalmaqda davam edir. Yəni bizim iştirakımız dondurulub”, – deyə Karapetyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR