İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı:  “Bunlar Azərbaycanın yeni hücumlar və müharibə üçün əl-qolunu açacaq”

 

“Niyə parlament müxalifəti “Qarabağı Azərbaycanın bir hissəsi kimi tanınmasını cinayət hesab edən” qanun layihəsini təqdim etmir? Cavab çox sadədir: belə bir layihənin qəbulundan sonra Azərbaycan dərhal Ermənistana və Qarabağa qarşı genişmiqyaslı hücuma başlayacaq. Nəticələri özünüz təsəvvür edin”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim “Vətəndaş sazişi”  partiyasından olan deputat Gevorq Papoyan “Facebook” səhifəsində yazıb.

Papoyanın fikrincə, parlament müxalifəti yeni müharibənin məsuliyyətini xalqın üzərinə atmağa çalışır.

“Müxalifətə isə çox sadə səbəbdən yeni müharibə lazımdır, yalnız bu halda böyük insan və ərazi itkiləri bahasına hakimiyyətə gələ biləcəklər, sadəcə olaraq onların başqa variantları yoxdur.

Ona görə də “Ayakve” təşəbbüsünün yalnız bir siyasi nəticəsi var. Bütün bunlar Azərbaycanın yeni hücumlar və müharibə üçün əl-qolunu açacaq.

P.S.Ümid edirəm ki, layihəyə imza atanlar və onların oğulları Azərbaycanın hücumu zamanı cəbhə bölgəsinə ilk gedərək vətəni müdafiə edəcək, müxtəlif bəhanələrlə təlimdən yayınmayacaqlar”

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR