İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: Artıq dəyişiklik vaxtıdır

“Elə bir vaxt gəlir ki, məmur dəyişikliyi labüd olur”.

Musavat.com xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasından deputat Armen Xaçatryan son istefalar seriyasından danışarkən deyib.

“Təbii ki, bu dəyişikliklər hər bir məmur ona tapşırılan missiyanı yerinə yetirdikdən sonra baş verir. Məmurlar bu vəzifələri əbədi tutmurlar və bu, normal prosesdir”, - deyə Xaçatryan qeyd edib.

Bu məmurlarla, xüsusən Argişti Kərəmyan, Sasun Xaçatryanla bağlı narazılığın olub-olmaması ilə bağlı suala erməni deputat belə cavab verib: “Məndə konkret olaraq belə bir şey olmayıb”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR