İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın aparat rəhbərindən SON DƏQİQƏ açıqlaması: "Sülh müqaviləsi..."

Ermənistanın Baş naziri Nikol Paşinyanın aparat rəhbəri Araik Arutyunyan sülh danışıqlarında ciddi irəliləyiş əldə olunduğunu bəyan edib.

Musavat.com-un məlumatına görə Arutyunyan bildirib ki, hər iki tərəf hazırda sülh müqaviləsinin sonuncu redaksiyası üzərində işləyir və qarşıda hələ də həll edilməli olan bir neçə qeyri-müəyyən məsələ var.

Aparat rəhbəri əsirlərin geri qaytarılması məsələsində heç bir şərtin irəli sürülməməsi lazım olduğunu vurğulayıb: “Əgər hər hansı bir danışıqlarda şərtlər irəli sürülürsə, bu, yaxşı nəticələrə gətirib çıxara bilməz,” - deyə Arutyunyan qeyd edib.

O əlavə edib ki, sülh müqaviləsi ancaq qarşılıqlı güzəştlərlə uğurlu ola bilər. Hər iki tərəf, hazırda razılaşdırılmamış məqamlar üzərində intensiv iş aparır və nazirlərin görüşməsi lazım gəldiyi təqdirdə, belə bir görüşün baş tutacağını bildirib.

Arutyunyanın açıqlamaları tərəflərin sülhə daha yaxın olduqları və prosesin son mərhələyə keçdiyini göstərir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR