İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı ZƏHƏRLƏYİBLƏR? - Həkimlərdən SENSASİON rəylər: "Tribunada yıxılanda..."

Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 20-də hakim “Vətəndaş Müqaviləsi” partiyasının qurultayında çıxış edərkən özünü yaxşı hiss etməyib. Tribunada danışarkən qəfil halı pisləşən Paşinyan çıxışına qısa fasilə verməyə məcbur olub. O, su içdikdən sonra nitqini yekunlaşdırıb.

Erməni mətbuatında yazılır ki, baş nazirin qan şəkərinin aşağı düşməsi səbəbindən vəziyyəti pisləşib. Lakin son vaxtlar Paşinyanın səhhətinin ümumilikdə yaxşı olmadığı, hətta onun zəhərlənməsi ilə bağlı iddialar dolaşmaqdadır. Bu xəbərlər ictimaiyyətdə müxtəlif mülahizələrə yol açıb.

Maraqlıdır ki, erməni siyasi dairələrində yayılan şayiələrə görə, baş nazirin səhhəti ilə bağlı vəziyyət təsadüfi deyil. Bəzi iddialarda hətta Paşinyanı aradan götürmək istəyən qüvvələrin ola biləcəyi ehtimalı da irəli sürülür.

Rəsmi qurumlardan isə hələlik bu barədə geniş açıqlama verilməyib. Ermənistan hökuməti və Paşinyanın yaxın çevrəsi baş nazirin sağlamlıq durumuna dair şayiələri təsdiqləmir.

Bununla belə, Paşinyanın səhhəti ətrafında yayılan məlumatlar Ermənistanda həm siyasi, həm də ictimai mühitdə yeni suallar doğurur.

Bəs mütəxəssislər Paşinyanın bu halını necə dəyərləndirir?

TV Musavat-ın mövzu ilə bağlı hazırıladığı videosüjeti təqdim edirik:

Xalidə Gəray
Tofiq Balayev
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR