İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanı HƏDƏLƏDİLƏR: “Ya ölüm hökmü, ya da...” – Kamran Həsənli gündəmi təhlil edir

“Baş nazir Nikol Paşinyanın iki variantı qalıb: ya Ermənistan Respublikasına ölüm hökmü, ya da istefa ərizəsi imzalamaq”.

Bunu müxalif Respublika partiyasından olan deputat Ayk Mamicanyan parlamentdəki çıxışında deyib. Serj Sarqsyanın partiyasını təmsil edən Mamicanyan bildirib ki, Paşinyan artıq Qarabağla bağlı düşündüyünü həyata keçirməkdədir: “İndi bizim – erməni xalqının növbəsi çatıb”.

Deputat iddia edib ki, ermənilərin 90 faizi Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasının əleyhindər və müxalifət əlindən gələn hər şeyi edəcək ki, ermənilərin bu mövqeyi hakimiyyətin fəaliyyətində öz əksini tapsın.

Kütləvi etiraz aksiyalarına eyham vuran Mamicanyan həm də müxalifətin adından ermənilərdən üzr istəyib ki, son 5 ildə Paşinyan komandasının hakimiyyətdə qalmasın imkan verib.

Ermənistanda nələr baş verir? Paşinyan İrəvana hansı qərarla qayıtsa, üsyan baş verəcək? Rusiya-Ukrayna müharibəsinin hazırkı mərhələsində nələr baş verir? Ukrayna əks hücum əməliyyatlarına başlayıbsa, bunun Amerikadan göndərilən əks-hücum silahları ilə əlaqəsi varmı?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənlinin təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR