Onlayn ictimai-siyasi qəzet
“Paşinyanın partiyası qlobal müharibə tərəfdarı sayılan ABŞ Demokratik Partiyasının metastazıdır. Baydenin prezidentliyi dövründə biz Qarabağı, Ermənistanın ərazilərini itirdik və indi bizi yeni birtərəfli güzəştlərə getməyə məcbur edirlər”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlərin müəllifi yerli revanşist siyasətçi Andranik Tevanyandır.
“Bayden çürüklük, azğınlıq və müharibə simvoludur. Bayden administrasiyasının anti-Rusiya siyasətini ukraynalılar insan həyatı və əraziləri ilə ödəyirlər. Elə ermənilər də bu vəziyyətdədir. Baydenin gedişi Ermənistan üçün bir fürsət pəncərəsi açır. Lakin Nikol Paşinyanın rəhbərliyi altında bu imkanlardan istifadə istisnadır. O, ancaq yeni müharibənin, məğlubiyyətlərin, qurbanların və fəlakətlərin pəncərələrini aça bilər.
Paşinyan yerli balaca Bayden, “Saakaşvili və Zelenski” birləşməsidir. Onun rədd edilməsi Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün ən mühüm ilkin şərtdir. Bundan sonra hər kəs görəcək ki, Bayden-Ərdoğan tandemi tərəfindən dəstəklənən və Azərbaycanın əlaltısı rolunu oynayan Paşinyanı heç nə xilas etməyəcək”, - deyə Tevanyan qeyd edib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ