İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Qarabağla bağlı şok qadağa: “Bu haqda danışmayın”! Tural Abbaslı ilə “Canlı debat”

Rusiyanın Ukrayna müharibəsində İran pilotsuz uçuş aparatlarından istifadə etdiyi məlum olarsa, biz buna biganə qalmayacağıq.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan deyib.

O bildirib ki, biz bu iddiaların araşdırılması üçün İran və Ukrayna hərbçilərindən ibarət ekspertlərin birgə iclas keçirilə bilər.

"Ukrayna əlində olan hər hansı sübutu bizə təqdim etsin. Rusiyanın İran pilotsuz uçan aparatından istifadə etdiyi bizə aydın olarsa, biz buna biganə qalmayacağıq", - nazir qeyd edib.

Iranin bu üsyanı nədən xəbər verir? Bu ölkə bütün dünyanın gördüyü mənzərə və faktları necə inkar etməyə çalışır?

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 12.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız Ağ Partiyanın sədri Tural Abbaslıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR