İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan növbəti “U” dönüşü: Roma əsasnaməsinin qəbulu dayandırılır

Beynəlxalq cinayət məhkəməsinin əsasını təşkil edən Roma Statusu Ermənistan hakimiyyət orqanları üçün əsl başağrısına çevrilib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Joxovurd” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, hakim “Vətəndaş sazişi” partiyası bununla bağlı qərar verə bilmir. Çünki konvensiyanın ratifikasiya olunması halında Kremli acıqlandıracaqlarından, Qərbi isə məyus edəcəklərindən çəkinirlər.

Xatırladaq ki, bu ilin martın 24-də Ermənistan Konstitusiya Məhkəməsi Beynəlxalq Cinayət Məhkəməsinin əsasını təşkil edən Roma Statusunun ölkə konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Roma Statusunun qaydalarına görə, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən mühakimə olunan şəxslərə qarşı heç bir amnistiya və ya əfv tətbiq edilə bilməz. Bu ilin martın 17-də Haaqa məhkəməsi Rusiya prezidentinin həbsinə order verib. Belə çıxır ki, Ermənistan Roma Statutusuna qoşulmaqla Haaqa məhkəməsinin bu qərarına əməl etməlidir və Ermənistana daxil olarkən Putini həbs etməyi öhdəsinə götürməlidir.

Ermənistan konstitusiyasının 116-cı maddəsinə əsasən, beynəlxalq müqavilələr parlament tərəfindən ratifikasiya olunur. Sənəd üç ay ərzində parlamentə təqdim edilməli idi. İndi həmin üç ay keçib və gələn həftə hökumətin Roma nizamnaməsi ilə bağlı hansı qərarı qəbul etdiyi bəlli olacaq. Yerli hüquqşünasların rəyinə əsasən, icra hakimiyyəti sənədi parlamentə göndərməyə də bilər.

Hakim partiyanın fraksiyasının bəzi üzvləri ümumiyyətlə sənədi parlamentə göndərməyi deyil, prosesin dondurulması gərəkdiyini düşünür. Onların fikrincə, belə bir vəziyyətdə Ermənistanın onsuz da arasının pozulduğu Rusiya ilə münasibətləri gərginləşdirməyə ehtiyac yoxdur.

“Joxovurd” qəzetinin yazdığına görə, Paşinyan komanda yoldaşları ilə söhbətində Rusiyanı qəzəbləndirməmək üçün sənədin ratifikasiyası prosesini müvəqqəti olaraq donduracağına eyham vurub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR