İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan İNANILMAZ etiraf: “Dedilər ki, Azərbaycana hücum edəcəksiz...” – Kamran Həsənli ilə CANLI

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında Azərbaycanla sərhədlərə KTMT-nin deyil, Avropa İttifaqı müşahidəçilərinin gətirilməsinin “səbəbləri” barədə danışıb.

“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, Paşinyan dolaysıyla bu addımı KTMT ilə Azərbaycanı qarşı-qarşıya qoymaq cəhdlərinin baş tutmadığı üçün atdığını etiraf edib.

Paşinyan iddia edib ki, guya, KTMT-dən onlar üçün prinsipial məsələyə aydınlıq gətirilməsini - Ermənistanda məsuliyyət zonasını dəqiqləşdirməyi xahiş ediblər: “Yəni, bizə desin ki, Ermənistan Respublikasını hansı sərhədlərdə təsəvvür edirlər. Bu sualın dəqiq cavabını ala bilmədik...”

Əslində isə Paşinyan hələ delimitasiya olunmayan sərhəddəki mübahisəli ətrazilərin Ermənistana aid olduğunu iddia edərək KTMT qüvvələrinin ora yerləşdirilməsinə və beləliklə, Azərbaycanla üz-üzə gəlməsinə cəhd edirdi. KTMT-yə üzv dövlətlər bundan imtina etdiyindən Paşinyan Ermənistanı Avropada “bazara çıxardı”...

Paşinyan isə bunu Avropa İttifaqının mübahisəli əraziləri Ermənistan ərazisi kimi “tanıması” kimi izah edir: “ Digər tərəfdən, Aİ missiyası göndərmək ona görə mümkün oldu ki, Praqada dördtərəfli görüşdə Aİ Ermənistan ərazisini dəqiq cızdı... Yəni dedilər ki, onlar Ermənistan Respublikasının xəritəsini belə təsəvvür edirlər. Yaxud da biz dedik, onlar bunu nəzərə alaraq təsdiqlədilər. Onlar bu ərazinin monitorinqi üçün gəlirlər”.

Paşinyan Aİ müşahidəçilərinin Ermənistana yerləşdirilməsi məsələsində “daha bir incəliyə” toxunub. Onun sözlərinə görə, guya, Aİ müşahidəçilərinin Ermənistana göndərilməsi qərarı verilənədək Bakı Ermənistanı Rusiya ilə birlikdə Azərbaycana qarşı təcavüzə hazırlaşmaqda ittiham edib.

“Qərb tərəfdaşlarımız da bizə çəpəki baxmağa başlamışdılar, deyirdilər ki, siz gerçəkdən də aqressiv hərəkətlərə hazırlaşırsız, çünki Rusiya və Ermənistan əsgərlərini sərhədə yığırsız. Azərbaycana hücuma hazırlaşırsız, azərbaycanlılar yüksəklikləri tutmağa çalışırlar ki, vəziyyəti balanslaşdırsınlar. Biz də dedik ki, lap yaxşı, gəlin yerində baxaq, görək bütün bunlar reallığa uyğun gəlir, yoxsa yox”, – Paşinyan qeyd edib.

TVMusavat-ın “Kamranla 1” verilişində aparıcı Kamran Həsənli gündəmi şərh edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR