Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan bölgədə nəqliyyat infrastrukturunun açılmasına, o cümlədən Ermənistan ərazisindən Ermənistan ərazisinə Azərbaycan vasitəsilə, eləcə də Azərbaycan ərazisindən Azərbaycan ərazisinə Ermənistan vasitəsilə keçidə razılıq verib.
Musavat.com xəbər verir ki, bundan əlavə, Paşinyan Ermənistan ərazisindən üçüncü ölkələrə Azərbaycan vasitəsilə, həmçinin Azərbaycan ərazisindən üçüncü ölkələrə Ermənistan vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrinin açılmasına da maraq göstərib.
Ermənistanın baş naziri Nikol Paşinyan kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələrdə mövqeyinin dəyişməyəcəyini açıqlayıb. O, bütün müzakirələrin Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası kontekstində aparıldığını vurğulayıb.
“Biz bütün müzakirələrdə, həm keçmişdə, həm indiki zamanda, həm də gələcəkdə Ermənistanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində mövqeyimizi ifadə etmişik və edəcəyik. Bu, çox vacibdir, çünki gələcəkdə hər hansı müzakirə məhz bu kontekstdə davam edəcək. Heç vaxt ərazi bütövlüyümüzdən kənar və ya bu prinsiplərə zidd müzakirələr aparmamışıq”, – Paşinyan mətbuat konfransında bildirib.
Musavat.com
17 Iyul 2025
16 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ