İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Azərbaycanla bağlı SON DƏQİQƏ açıqlaması - HAZIRIQ!

Tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır.

Musavat.com Sputnik-Armenia”ya istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşiyan bildirib.

O qeyd edib ki, qazın Ermənistan ərazisindən Naxçıvana və ya Türkiyəyə tranziti istisna oluna bilməz:

“Azərbaycandan Naxçıvan və ya Türkiyəyə qaz ixracı üzrə tranzit boru kəməri ölkəmizin ərazisindən keçərsə, biz Azərbaycanın nəql etdiyi təbii qazı almağa hazırıq”, - Paşinyan qeyd edib.

O vurğulayıb ki, heç bir ölkə enerji təhlükəsizliyini tam təmin edə bilməz, ona görə də onu müxtəlif enerji mənbələri hesabına artırmaq üçün tədbirlər görülməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR