Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan yenidən Qərbi Zəngəzura (Sünik) gediblər.
Musavat.com bu barədə erməni mediasına istinadən xəbər verir.
Paşinyan sosial şəbəkədə onların Qarakilsəyə (Sisian) helikopterlə gəldiklərini əks etdirən video yayımlayıb. Qarakilsədə onları qarşılayanlar arasında Xüsusi Ordu Korpusunun komandiri də olub.
Son ayda Nikol Paşinyan üç dəfə Zəngəzur bölgəsinə səfər edib.
Musavat.com
05 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ