Onlayn ictimai-siyasi qəzet
Ermənistanın baş naziri Nikol Paşinyan sabah İrana səfər edəcək.
Musavat.com İRNA-ya istinadən xəbər verir ki, Ermənistanın baş nazirinin səfəri İran prezidenti Ayətullah Seyid İbrahim Rəisinin rəsmi dəvəti ilə həyata keçirilir.
Paşinyan sabah səhər Tehranda İran prezidenti tərəfindən rəsmi qarşılanacaq, iki ölkə başçılarının danışıqlarından sonra yüksək vəzifəli nümayəndə heyətlərinin birgə görüşü keçiriləcək.
Məlumata görə, sonda Tehran və İrəvan hökumətləri arasında əməkdaşlıq sənədləri imzalanacaq.
Musavat.com
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ