İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Rusiyanı tənqid etməklə BU MESAJI verdi” - Politoloq DETALLARI açıqladı

“Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı birbaşa tənqid etmir, bunu dövlət başçısının və Xarici İşlər Nazirliyinin mətbuat katibləri Dmitri Peskov, Mariya Zaxarova və televiziya kanallarına çıxarılan aparıcılar, ekspertlər edirlər”.

elxan.jpg (68 KB)

Musavat.com xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. 

“Nikol Paşinyan anlamamış deyil ki, Rusiyada ona qarşı kampaniya əmrini Putin verib. Əks halda Kremlin nəzarəti altındakı media Paşinyan haqqında aşağılayıcı və təhqir dolu ifadələr işlətməkdə ehtiyatlı olardı. Ona görə də Paşinyan bu gün Avropa Parlamentində çıxışı zamanı Rusiyanın onu devirmək istədiyinə işarə edib. Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da Azərbaycan qarşısında Ermənistana dəstək verməməkdə ittiham edib. Nikol Paşinyan Rusiyanı və KTMT-ni açıq tənqid etməklə Avropaya açıq mesaj verib ki, “Rusiyadan uzaqlaşmaq istəyirəm, ancaq bu halda məni Kremldən qoruyun və Ermənistana təhlükəsizlik təminatı verin”.

Brüssel sözdə Paşinyana dəstək vədi verəcək, ancaq əməldə bunu edə bilməyəcək”, - politoloq bildirib.

Nigar,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR