Onlayn ictimai-siyasi qəzet
"Ermənistanın Baş naziri Nikol Paşinyan "Vətən naminə Tavuş" hərəkatının lideri, Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanın bütün addımlarını şəxsən izləyir".
Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.
"Paşinyan saatlarla kompüter arxasında əyləşir və yaxud telefonla canlı yayımları izləyir, Qalstanyanın açıqlamalarını, şərhlərini dinləyir", - deyə qəzet yazıb.
Bildirilir ki, Paşinyan Qalstanyanın açıqlamalarını dinlədikdən sonra bunlara necə reaksiya verməklə bağlı hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvlərinə göstərişlər verir.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ