Onlayn ictimai-siyasi qəzet
“Bu gün biz elə bir vəziyyətdəyik ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində müəyyən məyusluq hökm sürür. Çünki bu təşkilat Ermənistanın təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizm sayılırdı”.
Musavat.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan CNN telekanalına müsahibəsində deyib.
Paşinyan qeyd edib ki, KTMT-nin Ermənistana qarşı hərəkətləri təşkilatın nüfuzuna ziyan vurur.
“Yəni bunun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının özü üçün müəyyən nəticələri olacaq”, - deyə Ermənistanın baş naziri bildirib.
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ