İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Kremli ittiham etdi: “Rusiya faktiki olaraq öz öhdəliklərini yerinə yetirmir”  

 

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan Qarabağda yerləşdirilən Rusiya hərbçilərini tənqid edib.

Musavat.com “Azadıq radiosu”nun Ermənistan xidmətinə istinadən xəbər verir ki, o, azərbaycanlı fəallar tərəfindən Laçın dəhlizində keçirilən aksiya ilə əlaqədar sülhməramlıları fəaliyyətsizlikdə ittiham edib.

Ermənistan hökumətinin iclasında danışan Nikol Paşinyan Moskvanın öz öhdəliklərini yerinə yetirmədiyini vurğulayıb.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda Laçın yolunun Rusiya sülhməramlılarının nəzarətində olması nəzərdə tutulur. "Bu bənd faktiki olaraq bu gün işləmir. De-fakto belə çıxır ki, Rusiya sülhməramlı kontingenti Laçın yolunun nəzarətdə saxlanılması ilə bağlı üçtərəfli bəyanatda üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir", - deyə Paşinyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR