Onlayn ictimai-siyasi qəzet
Ermənistanın ictimai televiziyasına 2025-ci ildə dövlət büdcəsindən 6 milyard 578 milyon dram (17 milyon ABŞ dolları) ayrılması planlaşdırılır. Bu, 2024-cü illə müqayisədə 181 milyon dram artım deməkdir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə 2025-ci il dövlət büdcəsi layihəsində məlumat verilib.
Hökumətin izahatına görə, ayrılan vəsaitlərin artması ermənilərin məskunlaşdığı Kaliforniya ştatında (ABŞ) kanalın xüsusi versiyasının yayımlanması ilə bağlıdır.
Bundan əlavə, Ermənistan İctimai Radiosunun saxlanması üçün dövlət büdcəsindən 570 milyon dram (1,5 milyon dollar) ayrılması planlaşdırılır. 2025-ci ildə Ermənistan İctimai Yayım Şurasının ehtiyacları üçün də dövlət büdcəsindən 159 milyon dram (413 min dollar) ayrılacağı bildirilir.
Qeyd edək ki, İctimai televiziya Paşinyan iqtidarının əsas təbliğat vasitələrindən biri hesab olunur.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ