Onlayn ictimai-siyasi qəzet
Videokameraları və spidometr obyektivlərini lentlə bağlayan, həm də onları aradan qaldıracağına söz verən Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra hər yerə video kamera qoşulmasını əmr edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın müxalifətdə olan “Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan yazıb.
"Üstəlik, “inqilabçı” hakimiyyət yeni layihə irəli sürüb. Yeni qanuna görə də sahibkarlar öz vəsaitləri hesabına videokameralar quraşdırmalı və təhlükəsizlik qüvvələrinin onlara çıxışını təmin etməlidirlər. Başqa sözlə, onlar hər kəsin şəxsi məkanına sızaraq, onu idarə etməyə çalışırlar. Hər sahəni iyləmək, bizləri izləmək istəyirlər. “Heyvan tövləsi” qaydaları bütün “inqilablara” aiddir",-deyə, Tevanyan bildirib.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ