İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan həvəsdən düşdü, Rusiya TƏCİLİ hərəkətə keçdi - Bakının CAVABI

"Bu gün Xankəndidə baş verən nümayiş siyasi və geosiyasi proseslərə təsir etmək imkanına malik deyil. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Praqada Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qəbul edib. Bu barədə onun imzası da dördtərəfli görüş nəticəsində əldə olunan razılıqda yer alıb".

Bunu Musavat.com-a politoloq İlyas Hüseynov deyib.

-ca0daec6159464103711134031410374124.jpg (237 KB)

Politoloqun sözlərinə görə, Paşinyan dəfələrlə açıq şəkildə ərazi bütövlüyü ilə bağlı fikirləri ifadə edib və yalnız Vladimir Putinin açıqlamasından sonra Ermənistan görünür geosiyasi vektorları dəyişmək qərarına gəlib:

"Buna qədər Paris, Vaşinqton formatına üstünlük verən Ermənistan baş naziri Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlarda böyük həvəslə iştirak edir və Rusiyanın moderator qismində iştirakını əngəlləyirdi. Lakin bir andaca öz ikiüzlü xislətini nümayiş etdirir və Rusiyanın himayəsi altına keçməyə geniş şəkildə razılığını ifadə edir. Eyni zamanda Rusiyanın Xankəndidə dayaqlarının daha da möhkəmləndirilməsi istiqamətində bu mitinqin arxasında elə özünün durduğunu da proqnozlaşdırmaq olar. Rusiya müvəqqəti olsa da, orada öz sülhməramlılarını yerləşdirib. Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqazda mövqeləri zəifləyən Rusiya tərəfi hazırda proseslərə ciddi şəkildə müdaxilə etməkdə qərarlıdır. Soçi görüşü öncəsi bu nümayişin keçirilməsi təsadüfi deyil. Qondarma rejimin hər hansısa bəyanatının da heç bir hüquqi əsası yoxdur. Bu oyuncaq separatçı rejimi Ermənistan daxil olmaqla, dünyada heç bir dövlət tanımayıb və tanımayacaq. Azərbaycan üçün orada yaşayanlar Azərbaycan vətəndaşı olmalıdırlar və Azərbaycan pasportunu daşımalıdırlar. Onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində də konkret proqramlar mövcuddur. Xankəndi və ətrafında yerləşən etnik ermənilərlə dialoqu da rəsmi Bakı aparmalıdır. Kənar vasitəçilərə, moderatorlara ehtiyac yoxdur. Bu, Azərbaycanın prinsipial mövqeyidir və bizim mövqeyimiz dəyişməz olaraq qalır".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR