Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyəti nəyin bahasına olursa olsun, yeganə real müttəfiqi, yəni Rusiya ilə münasibətləri kəsməyə çalışır”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər türkoloq Varujan Qeqamyan tərəfindən səslənib.
Onun sözlərinə görə, Ermənistanda bir çoxları İrəvanla Moskva arasında münasibətlərdə mövcud ziddiyyətləri indiki hakimiyyətin təcrübəsizliyi və bacarıqsızlığı ilə əlaqələndirməyə çalışırlar.
“Amma əslində bu, düşünülmüş siyasətin nəticəsidir. Əgər bu, hansısa təcrübəsizliyin nəticəsi olsaydı, indi vəziyyəti düzəltmək cəhdlərinin şahidi olardıq. Artıq bu gün Moskvaya erməni diplomatlarının desantı enməli idi və onlar bütün qapıları döyməli, lazım gələrsə, aylarla vəziyyəti düzəltməyə çalışmalı idilər. Amma biz əks vəziyyətin şahidi oluruq. Ermənistan ardıcıl olaraq KTMT çərçivəsində və ya Rusiya Federasiyası ilə birgə təlimlər keçirməkdən imtina edir, bu təlimlərdən Azərbaycan tərəfinin hücuma keçmək üçün bəhanə kimi istifadə edə biləcəyini əsas gətirir. Üstəlik, bütün bunların fonunda amerikalılarla təlimlər keçirilir”, - deyə Qeqamyan yerli “Beşinci Kanal”da bildirib.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ